Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” şirkəti Əbu-Dabidən Azərbaycan və Gürcüstan paytaxtlarına - Bakı və Tbilisi şəhərlərinə uçuşların sayını artırıb. Bu barədə aviaşirkətin baş icraçı direktoru Adel Əl Ali məlumat verib.
Bildirilib ki, “Air Arabia” artıq Zayed Beynəlxalq Hava Limanı ilə Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında həftədə altı dəfə birbaşa uçuşlar həyata keçirir: “Yeni cədvələ artıq hər çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri uçuşlar daxildir”.
Mətləb Salahov