AZ

Rusiyada yüzlərlə şəhər yox ola bilər

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, Rusiya prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (XTDİA) mütəxəssisləri belə qənaətə gəliblər. Araşdırmanın nəticələri “İzvestiya”da dərc olunub. “Son 10 ildə sözügedən şəhərlərin əhalisi 314 min nəfər azalıb. Sakinlərin sayının azalması ilə yanaşı, yaşayış məntəqələrinin yoxa çıxması məşğulluğun, kiçik və orta sahibkarlıq subyektlərinin sayının azalması ilə müşayiət olunur”, - hesabatda bildirilir. Əhalinin ən çox azalması ölkənin şimalındakı kömür, metallurgiya və ağac sənayesi şəhərlərində, eləcə də depressiyaya məruz qalmış bölgələrin əyalət şəhərlərində baş verib. XTDİA-nın İnkişaf İqtisadiyyatı üzrə Tədqiqatlar laboratoriyasının rəhbəri Stepan Zemtsovun sözlərinə görə, yaşayış məntəqələri bir neçə nəsil ərzində kiçilə bilər, lakin bu prosesdə dönüş yaratmaq həmişə mümkün olmur. - Əgər yeni iqtisadi stimullar yaranarsa – məsələn, logistika axınlarının yenidən bölüşdürülməsi, sənaye və ya aqrar-sənaye klasterlərinin yaradılması, turizm sektorunda investisiya layihələri və ya yerli istehsalın dirçəldilməsi – kiçik şəhər öz itirilmiş funksiyalarını bərpa edə bilər”, - alim vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
azvision.az

2Mənbələr