AZ

Bu tarixdən Bakıda mənzillər bahalaşa bilər

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Ötən ay ərzində Bakıda mənzil bazarında stabillik müşahidə olunub.

Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.

Onun sözlərinə görə, yay mövsümündə adətən mənzil bazarında passivlik müşahidə olunur:

"Ona görə ki, hamı istirahətdə və tətildədir. Bu mənada həm əqdlərin sayı azalıb, həm də qiymətlərdə stabillik hökm sürür. Qiymətlərdə ucuzlaşma da olmayıb. Bakının müxtəlif rayonlarında, xüsusilə bağ evlərində 1-2 faizlik artım olub ki, bu da nəzərə çarpan deyil”.

Ekspert əlavə edib ki, əsas dəyişiklik avqustun sonu sentyabrın əvvəlindən başlayacaq.  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
4
qaynarinfo.az

5Mənbələr