Bakı. Trend:
“Systra S.A.” şirkətinin Azərbaycan Respublikasındakı filialıləğv edilir.
Trend xəbərverir ki, bu barədə şirkət özü elan edib.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1073Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 97,mənzil 46 ünvanına bildirə bilərlər.
Sözügedən şirkətin Azərbaycandakı filialı 2010-cu ildə dövlətqeydiyyatına alınıb. Şirkətin filialının qanuni təmsilçisiQahremani Esmaeil Rəhman adlı şəxsdir.
“Systra S.A.” şəhər və dəmir yolu nəqliyyatına fokuslanan,Fransada yerləşən mühəndislik və məsləhət firmasıdır.