AZ

Makron tərəfdarlarını itirir

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az “France Info” radiostansiyasının yaydığı məlumata istinadən xəbər verir ki, Qabriel Attal partiya üzvlərinə məktub göndərərək, siyasi qüvvənin gələcəyi, o cümlədən adının dəyişdirilməsi ilə bağlı fikirlərini bildirmələrini xahiş edib. - Keçmiş baş nazir “Renessans” adını “zəif brend” sayır və partiyanı özünəməxsus şəkildə islahat etmək və mandatı 2027-ci ildə başa çatan hazırkı prezident Emmanuel Makrondan uzaqlaşmaq niyyətindədir. Onsuz da, bundan sonra Makron yenidən dövlət başçısı postuna namizəd ola bilməyəcək”, - radiostansiya vurğulayır. Hakim koalisiyada, Attaldan başqa, Ədliyyə naziri Jerald Darmanen də artıq partiyanın siyasəti ilə şəxsi yanaşmaları arasındakı uyğunsuzluqlara diqqət çəkib. “Le Figaro” nəşri, öz növbəsində, həmçinin keçmiş baş nazir və hazırkı Təhsil naziri Elisabet Bornun özünü “Renessans”dan uzaqlaşdığını bildirir. O, son vaxtlar getdikcə daha çox özünün “Birgə qurmaq” adlı müzakirə platformasına diqqət yetirir. Xatırladaq ki, Makronun partiyası 2016-cı ildə “Yürüşdə” adı ilə yaradılıb. 2017-ci ildə “Respublika yürüşdə”, 2022-ci ildə isə “Renessans” adlandırılıb. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
azvision.az

2Mənbələr