AZ

Tramp prezident otağının tavanını qızılla bəzəyəcək


ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Oval Ofisin interyerində bir neçə dəyişiklik etmək, o cümlədən daha çox qızıl bəzək əlavə etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, xüsusilə, Oval Ofisin tavanına qızıl bəzək əlavə olunacaq.
Mənbənin sözlərinə görə, hazırda Amerika liderinin ofisində illik planlaşdırılmış təmir işləri aparılır və onun iki həftə ərzində başa çatdırılması gözlənilir.
Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl Ağ Evdə 200 milyon dollarlıq bal zalı tikmək qərarına gəlib. Tikinti işlərinə bu ilin sentyabrında başlanacaq və Trampın prezidentliyi başa çatana qədər başa çatdırılacaq.
Seçilən
35
yeniavaz.com

1Mənbələr