AZ

Qreypfrutun faydaları və riskləri – diyetoloq izah edir

Qreypfrut yalnız dadlı meyvə deyil, həm də güclü vitamin və antioksidant mənbəyidir.

E-saglam.az xəbər verir ki, diyetoloq Olesya Zaxarovanın sözlərinə görə, bu meyvə xüsusilə aktiv həyat tərzi sürənlər üçün faydalıdır.

Yarım qreypfrut C vitamini ilə gündəlik tələbatı qarşılaya bilir, bu da immuniteti gücləndirir və məşqdən sonra bərpanı sürətləndirir. A vitamini dərini və görməni yaxşılaşdırır, B vitaminləri enerji mübadiləsinə və sinir sisteminə dəstək olur. Kalium və maqnezium isə ürək və əzələ sağlamlığına müsbət təsir göstərir.

Qırmızı və çəhrayı növlər əlavə olaraq likopen və flavonoidlər sayəsində bədəni sərbəst radikallardan qoruyur. Aşağı kalorili olması səbəbilə pəhriz saxlayanlar üçün də uyğundur.

Eyni zamanda qreypfrut maddələr mübadiləsini sürətləndirir, xolesterolu və təzyiqi tənzimləyir, lif tərkibi və acılığı sayəsində həzmə və damar sağlamlığına kömək edir.

Ancaq bəzi risklər də var: bu meyvə bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər, mədə-bağırsaq problemləri və allergiya riski olanlar üçün uyğun olmaya bilər.

Ekspert şirədən çox bütöv meyvəyə üstünlük verməyi, onu kəsmik, qatıq, salat və marinadlarda istifadə etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
10
e-saglam.az

1Mənbələr