Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələ rayon mərkəzindən 234 km aralıda, 64,8 km dərinlikdə baş verib.
Xatırladaq ki, avqustun 4-də Kamçatkada 5,7 bal gücündə yeraltı təkan qeydə alınmışdı.
Zəlzələlər fonunda Kraşeninnikov vulkanı püskürmüş, sakinlər üçün avqustun 10-a qədər fəaliyyət göstərməsi planlaşdırılan müvəqqəti yerləşdirmə məntəqələri yaradılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31