AZ

İranda güclü zəlzələ olub

BAKI, TurkicWorld

Bu gün İranda yerli vaxtla saat 08:36-da İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-in məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Zehkalut şəhəri yaxınlığında 10 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.iran

Seçilən
37
3
turkic.world

7Mənbələr