İsrailin Baş naziri Benyamin Netanyahu rəhbərlik etdiyi hökumət Qəzza zolağının tam ələ keçirilməsini nəzərdə tutan planı təsdiqləməyə hazırlaşır.
Bakues.az xəbər verir ki, bu barədə Ynet portalı Netanyahunun ətrafındakı yüksək vəzifəli rəsmilərə istinadən məlumat yayıb.
Lakin nəşr qeyd edir ki, bu qərar İsrail ordusunun rəhbərliyi tərəfindən dəstəklənmir.
Xüsusilə, Baş Qərargah rəisi general Eyəl Zamir bu plana qarşı çıxır.