AZ

Volfsberger in baş məşqçisi: Araz Naxçıvan bizi maraqlandırmır

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi olan Avstriyanın "Volfsberger" klubu qitənin üçüncü dərəcəli turnirində çıxış etmək istəmir.

Oxu.Az Avstriya mediasına istinadən xəbər verir ki, rəhbərlik komandanın qarşısına Avropa Liqasında mərhələ adlamaq tapşırığı qoyub.

Baş məşqçi Ditmar Kühbauer qısa açıqlamasında bütün diqqətlərini PAOK-la görüşlərə yönəltdiklərini bildirib.

"Məqsədimiz Avropa Liqasında irəliləməkdir. Buna görə də indi nə "Omoniya", nə də "Araz-Naxçıvan" bizi maraqlandırmır. Hədəf PAOK-la oyunlarda uğurlu nəticə qazanmaqdır. Yunanıstan klubu ilə matçların nəticəsindən sonra gələcək rəqib barədə danışmaq olar".

Xatırladaq ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Volfsberger" Yunanıstan PAOK-u ilə qarşılaşacaq. Komanda bu mərhələdə məğlub olacağı təqdirdə UEFA Konfrans Liqasının pley-offuna düşəcək və "Araz-Naxçıvan" - "Omoniya" (Kipr) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 21-də və 28-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
oxu.az

1Mənbələr