
Bakının Xəzər rayonunda itkin düşən 20 yaşlı Şəfa Bayrızadə tapılıb.
1news.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, itkin düşmüş kimi axtarışa elan olunan 20 yaşlı Şəfa Bayrızadə polis əməkdaşları tərəfindən tapılıb. Onunla profilaktik söhbət aparılsa da, ailəsinin yanına dönməkdən imtina etdiyini bildirib.