AZ

"Telegraph": İran "Taliban"dan Britaniya ilə əməkdaşlıq edən əfqanların siyahısını istəyib

İran "Taliban" hökumətindən Böyük Britaniya ilə əməkdaşlıq edən əfqanların siyahısını istəyib.

"Report" xəbər verir ki, bu barədə "The Telegraph" mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, İran tərəfi daha öncə Britaniyanın Müdafiə Nazirliyindən sızdırılmış və onlarla əməkdaşlıq edən əfqanların siyahısını nüvə danışıqlarında təzyiq vasitəsi kimi istifadə etmək üçün "Taliban"dan tələb edib.

İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah) vəzifəli şəxsi nəşrə bildirib ki, siyahının tələb edilməsində əsas məqsəd MI6 kəşfiyyat varlıqlarının müəyyənləşdirilməsidir.

"Avropanın İrana qarşı sanksiyaları avqustun sonlarında bərpa olunmazdan əvvəl mümkün qədər çox belə adam tapmaq lazımdır ki, onlardan pərdəarxası sövdələşmələr üçün alət kimi istifadə etsinlər", - başqa bir İran rəsmisi deyib.

Seçilən
10
report.az

1Mənbələr