AZ

Böyük Britaniya qanunsuz miqrasiyaya qarşı mübarizə üçün 100 milyon funt ayıracaq

Bakı. Trend:

Böyük Britaniya hökuməti ölkəyə La-Manş boğazı vasitəsiləqanunsuz şəkildə daxil olan miqrantlara qarşı mübarizənigücləndirmək məqsədilə 100 milyon funt sterlinq (130 milyondollardan çox) vəsait ayıracaq.

Trend-in BBC-yəistinadla verdiyi məlumata görə, bu vəsaitin bir hissəsi əlavə 300əməkdaşın işə götürülməsinə, digər hissəsi isə texnikiavadanlıqların alınmasına yönəldiləcək.

Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper bildirib ki,bu addım ölkəyə qaçaqmalçılıqla məşğul olan dəstələri izləmək vəonların qarşısını almaq üçün daha effektiv mübarizə aparmağa imkanverəcək.

Bununla belə, Mühafizəkarlar Partiyası bu təşəbbüsü tənqidedərək, onu “əslində heç nəyi dəyişməyəcək, sadəcə başlıqlaraçıxmaq üçün atılan ümidsiz addım” adlandırıb.

Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk yeddi ayı ərzində 25mindən çox qeyri-qanuni miqrant kiçik qayıqlarla La-Manş boğazınıkeçərək Fransadan Böyük Britaniyaya daxil olub.

Xatırladaq ki, keçən ay Böyük Britaniya və Fransa arasında “birnəfər gəlib – bir nəfər gedir” adlı pilot proqramla bağlı razılaşmaəldə olunub. Proqrama əsasən, Böyük Britaniya qeyri-qanunigələnlərin bir hissəsini Fransaya qaytaracaq, bunun müqabilində isətəhlükəsizlik yoxlamalarından keçmiş bərabər sayda sığınacaqaxtaran şəxsi qəbul edəcək.

Seçilən
78
az.trend.az

1Mənbələr