AZ

Bu ölkə bel soyuqluğu əleyhinə peyvənd proqramını işə salır

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İngiltərə dünyada ilk dəfə olaraq bel soyuqluğu infeksiyasına qarşı rəsmi peyvənd proqramına start verir. Bu addım, xəstəliyin sürətlə yayılması və antibiotiklərə davamlı bakteriyaların artması səbəbindən atılıb.

Milli.Az xəbər verir ki, Milli Sağlamlıq Sistemi (NHS) avqustdan etibarən risk qrupuna daxil olan şəxslərə pulsuz peyvənd tətbiq edəcək. Bu qrupa bir neçə cinsi partnyoru olanlar, daha əvvəl infeksiyaya yoluxanlar, xüsusilə gey və biseksual kişilər daxildir.

Peyvənd, meninqokok B infeksiyasına qarşı istifadə edilən 4CMenB peyvəndi əsasında hazırlanıb. Tam qoruma təmin etməsə də, yoluxma riskini azaltmaqda təsirlidir.

2023-cü ildə İngiltərədə 85 min gonoreya diaqnozu qoyulub. İmperial Kollec Londonun hesablamalarına görə, yeni proqram sayəsində növbəti 10 ildə 100 min yoluxmanın qarşısı alına və 7,9 milyon funt sterlinq iqtisadi qənaət təmin edilə bilər.

Kənan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
news.milli.az

2Mənbələr