AZ

Böyük Britaniya qanunsuz miqrasiya ilə mübarizəyə əlavə 100 milyon funt sterlinq ayıracaq

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi elan edib ki, La-Manş boğazı vasitəsilə ölkəyə qanunsuz miqrantların keçirilməsi ilə mübarizəyə daha 300 əməkdaşı işə götürmək üçün 100 milyon funt sterlinq (130 milyon dollardan çox) ayıracaq. SİA BBC-yə istinadla xəbər verir ki, pul lazımi texniki avadanlıqların alınmasına da yönəldiləcək.

Daxili işlər naziri İvet Kuper bildirib ki, bu tədbir Britaniyaya “qaçaqmalçılıqla məşğul olan dəstələri daha yaxşı izləməyə və onların öhdəsindən gəlməyə” kömək edəcək. Mühafizəkarlar Partiyası bu təşəbbüsü “əslində heç nəyi dəyişməyəcək, başlıqlara düşmək üçün ümidsiz cəhd” adlandırıb.

İyul ayının sonuna olan məlumatlara əsasən, 2025-ci ildə 25 mindən çox qeyri-qanuni miqrant kiçik qayıqlarla La-Manşı keçərək Fransadan Böyük Britaniyaya gəlib. Keçən ay Böyük Britaniya və Fransa “bir nəfər ölkəyə gəlib – bir nəfər ölkədən çıxıb” adlı pilot proqramı barədə razılaşıb. Gələnlərin bir hissəsi Fransaya qaytarılacaq, bunun müqabilində isə Böyük Britaniya təhlükəsizlik yoxlamalarından keçmək şərti ilə bərabər sayda sığınacaq axtaranları qəbul edəcək.

Seçilən
14
1
sia.az

2Mənbələr