AZ

Fransada dəmiryolu problemi səbəbindən qatarların hərəkətində gecikmələr yaşanıb

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Fransanın şimalında dəmiryolu xəttində baş vermiş enerji təchizatı problemi səbəbilə “Eurostar” qatarlarının bir sıra reysləri ləğv edilib və ya gecikmələrlə yerinə yetirilib. SİA BBC-yə istinadla xəbər verir ki, Londondan Parisə hərəkət edən doqquz “Eurostar” qatar reysi ləğv olunub, daha 15 qatar gecikib. Qatarlar daha yavaş alternativ marşrutlarla hərəkət edib.

Eyni zamanda, Brüssel–Paris və Amsterdam–Paris marşrutlarında da bəzi qatar reysləri ləğv olunub və ya gecikmələrlə üzləşib. Fransanın dəmiryolu şəbəkəsinin operatoru SNCF-in saytında qeyd edib ki, ciddi nasazlıqlar enerji təchizatındakı problem səbəbilə baş verib və genişmiqyaslı təmir işləri tələb olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
sia.az

3Mənbələr