AZ

6 metrlik balina motorlu qayığa çırpıldı

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Nyu-Cersi sahillərində, Berneqat körfəzində 6 metr uzunluğu olan balina motorlu qayığa çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma anında sərnişinlərdən biri müvazinətini itirərək suya düşüb.

Doğrudur, ona bir şey olmayıb və sudan çıxarılıb. Amma nəhəng məməli ciddi xəsarətlər alıb.

Qeyd edək ki, balina ilə qayığın toqquşması qayıqda olanlar tərəfindən videoya çəkilib. Xeyli çabalayan balina bir qədər sonra ölü tapılıb.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
525.az

1Mənbələr