AZ

ABŞ də təyyarə qəzası

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-nin Şimali Karalolina ştatının Ouk adası yaxınlığında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən baş verib.

Qəza enişi edən təyyarə suyla təmas zamanı çevrilib. Əraziyə başqa çağırışa görə gələn xilasedicilər dərhal köməyə gediblər və pilotu xilas ediblər. Təyyarədə ondan başqa kimsə olmayıb.

Qeyd edək ki, qəzadan sonra təyyarə batmayıb, suyun üzərində qalıb və bir qədər sonra yedəklə sahilə çıxarılıb. Müvafiq qurumlar qəzanın baş vermə səbəblərini araşdırır.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
525.az

1Mənbələr