AZ

Tramp Rusiyaya görə bu ölkəni hədələdi Cavab gecikmədi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Hindistan yalnız böyük həcmdə Rusiya nefti almaqla kifayətlənmir, həm də aldıqdan sonra neftin bir hissəsini açıq bazarda satır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Hindistan bununla Ukraynada öldürülən insanların taleyinə məhəl qoymur.

Tramp Hindistana gömrük rüsumunu kəskin şəkildə artıracağını qeyd edib.

Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval Trampın hədəsinə cavab olaraq deyib ki, ABŞ əvvəllər qlobal enerji bazarlarının sabitliyi üçün bu cür alışları dəstəkləsə də, Hindistan Rusiyadan neft idxal etmək üçün Qərbin hücumlarının hədəfinə çevrilib.

“Hindistan Ukraynadakı münaqişədən sonra Rusiyadan neft idxal etdiyinə görə ABŞ və Avropa Birliyinin hədəfinə çevrilib. Əslində Hindistan Rusiyadan neft idxal etməyə başladı, çünki münaqişədən sonra onun ənənəvi tədarükləri Avropaya yönəldilib. Birləşmiş Ştatlar o zaman qlobal enerji bazarlarında sabitliyi artırmaq üçün Hindistanın bu cür idxalını fəal şəkildə təşviq edirdi”, – XİN rəsmisi bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
5
globalinfo.az

6Mənbələr