AZ

Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Rza Məmmədov ADNSU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə gətirilib.

Qeyd edək ki, Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub. Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007–2010-cu illərdə “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.

2011-ci ildə Naxçıvan Dövlət Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” üzrə magistr təhsilinə qəbul olunub və 2014-cü ildə magistr dərəcəsi alıb. Daha sonra 2014–2018-ci illərdə Türkiyənin Eskişehir Osmangazi Universitetində “Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı” üzrə doktorantura təhsili alıb. O, bu sahədə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Bu dərəcə 2021-ci ildə Azərbaycanda nostrifikasiya olunub.

Rza Məmmədov 2011-ci ildən bəri müxtəlif akademik və inzibati vəzifələrdə çalışıb. 2023-cü ildən ADA Universitetində magistr proqramlarında dərs deyir və dissertasiya rəhbərliyi edir. Həmin ildən “Naxçıvan” Universitetində Elm, İnnovasiyalar və Beynəlxalq Əlaqələr üzrə prorektor, eyni zamanda idarəetmə kafedrasının dosentidir.

O, həmçinin Azərbaycan İdman Akademiyasında rektorun elmi məsələlər üzrə məsləhətçisi, Sumqayıt Dövlət Universitetində rektorun müşaviri və “Biznesin idarə edilməsi” kafedrasının dosenti olub. 2025-ci ilin martından ADNSU-da rektorun idarəetmə məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rza Məmmədov təhsilin idarəedilməsi, liderlik və strateji yanaşmalar sahəsində 10-dan çox kitabın müəllifi və həmmüəllifi, 15-ə yaxın beynəlxalq məqalənin və 20-dən çox konfrans çıxışının müəllifidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
10
globalinfo.az

10Mənbələr