AZ

“Marsol” MMC-nin tərəfdaşı olan “Slavyanka”dan İYRƏNCLİK – Satdıqları su mamırlanıb

Slavyanka suyunda yaşıl rəng – müştəri keyfiyyətsiz məhsuldan şikayətçidir

“Slavyanka” markalı içməli su ilə bağlı sosial şəbəkələrdə ciddi narazılıq yayılıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, iddialara görə, sifariş edilən içməli su bir neçə gün sonra yaşıl rəng alıb və istehlak üçün yararsız hala düşüb.

Şikayətçi bildirir ki, su evin içində saxlanılıb və günəş şüalarına məruz qalmayıb. Lakin Slavyanka şirkətinin qaynar xəttinə zəng etdikdə ona bildirilib ki, suyun yaşıl rəng almasının səbəbi onun günəş altında qalmasıdır. Bu cavab isə müştərinin narazılığını daha da artırıb:

“Su tamamilə evdə saxlanılıb. Günəş görməyib! Amma suyun içi yaşıllaşıb. Zəng edib deyəndə ki, su yaşıl rəngə düşüb, dedilər günəş şüasındandır. Savadları yoxdur, amma camaata da savadsız kimi yanaşırlar!” – deyə vətəndaş qeyd edib.

Sakinlər bu cür münasibətin həm məhsulun keyfiyyətsizliyini, həm də müştəri məmnuniyyətinə laqeyd yanaşmanı göstərdiyini bildirirlər.

Qeyd edək ki, “Slavyanka” su markası uzun illərdir bazarda fəaliyyət göstərir və içməli suyun təmizliyinə dair iddialar irəli sürür. Lakin bu və bu kimi hallar keyfiyyət standartlarına dair suallar doğurur. İstehlakçılar aidiyyəti qurumlardan məsələni araşdırmağı və cavabdeh şirkətdən izahat tələb etməyi gözləyir.

Xatırlaq ki, şirkətlə bağlı məlumatda “2004-cu ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağın suyu “Gədəbəy” və “Slavyanka” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb” deyə bildirilib.

Nizamnamə kapitalı 100 AZN olan “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur. 

Onu da bildirək ki, Marsol MMC-nin tərəfdaşlarındandır. “Marsol” MMC-nin sədri isə Tural Mustafayevdir.

Hətta T. Mustafayev həmin tərəfdaşı olduğu şirkətin əsas ofisində də olub.

Seçilən
2
nocomment.az

1Mənbələr