AZ

"Burda bu haqda danışmağa ehtiyac yoxdu" - Qurban Qurbanov

“Çox vacib oyuna çıxırıq. İlk matçın səfərdə olması rəqib üçün üstünlükdü. Çünki iki vacib qələbədən sonra bizi qəbul edəcəklər. Çox yaxşı komandaya qalib gəliblər".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Şkendiya" (Şİmali Makedoniya) ilə sabah keçiriləcək oyunu üçün təşkil edilən mətbuat konfransında deyib. O, yaxşı rəqibə qarşı oynayacaqlarını bildirib:
"Biz çox istəkli komandaya qarşı oynayacağıq. Komandamız oyuna tam hazırdı. Sabah rəqibə qarşı sona qədər idmançı xarakterimizi göstərməliyik. "Şkendiya" çox istəkli və bərk komandadı. Çalışacağıq ki, yaxşı nəticə ilə geri qayıdaq".

- Yəqin ki, “Şkendiya”nın FKSB-yə qarşı hər iki oyununu izləmisiniz. Rəqibin güclü və zəif tərəfləri barədə nə deyə bilərsiniz?
- Bəli, hər iki oyunu izləmişəm. Amma burda bu haqda danışmağa ehtiyac yoxdu. Çünki hər bir komandada güclü və zəif tərəflər olur. Sadəcə çalışıb öz oyunumuzu qurmalıyıq. Rəqibə imkan verməməliyik ki, öz oyununu meydanda göstərsin. 90 dəqiqə maksimum diqqətli olmalıyıq.

- Pley-off mərhələsindəki potensial rəqibləriniz müəyyənləşib. Bununla bağlı fikirləriniz necədi?
-- Qalib gəlsək də, məğlub olsaq da, rəqibimiz "Ferentsvaroş"la "Ludoqorets"dən biri olacaq. İkisinə qarşı da oynamışıq. Ciddi komandalardı. Çempionlar Liqasında və ya Avropa Liqasında oynamağımızdan asılı olmayaraq maraqlı matçlar olacaq. Bir-birimizi tanıyan rəqiblərik.
Seçilən
22
14
football-plus.az

10Mənbələr