AZ

Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı qeyri-rəsmi iclas keçirəcək

Rusiya 5 avqust, çərşənbə axşamı günü, BMT Təhlükəsizlik Şurasının “Arria formatı” üzrə qeyri-rəsmi iclasını keçirəcək. Müzakirənin mövzusu “Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində uğursuzluğu” olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin Telegram kanalında məlumat verilib.

Məlumata görə, görüş Nyu-York vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00, Moskva vaxtı ilə 17:00) başlayacaq.

Seçilən
3
nocomment.az

1Mənbələr