AZ

Türkiyə aviaşirkətləri təyyarədə power bankdan istifadəni qadağan edəcək

Türkiyədə təyyarələrdə uçuş zamanı mobil telefonlar üçün xarici batareyadan (Power bank) istifadə qadağan edilə bilər.

Heftelik.az-ın xəbərinə görə, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi bununla bağlı tövsiyə xarakterli qərar qəbul edib.

Qərar aviaşirkətlərə təqdim edilib.

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, xarici batareya əzilmə, sıxılma kimi durumlarda yanğın riski yaradır v buna görə də aviaşirkətlərə  uçuş zamanı xarici batareyadan istifadənin qadağan edilməsi ilə bağlı tövsiyə veriblər.

Qeyd edək ki, İstanbuldan Cənubi Koreyaya uçan bir sərnişin təyyarəsi xarici batareyada yaranan problem səbəbindən geri qayıtmalı olub.

Seçilən
113
heftelik.az

1Mənbələr