AZ

KİV: Makronun partiyasının lideri prezidentdən uzaqlaşmaq niyyətindədir

Fransanın keçmiş baş naziri Qabriel Attal baş katibi olduğu İntibah Partiyasının adını dəyişmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “France Info” radiostansiyası məlumat yayıb.

Məlumata görə, Attal partiya üzvlərinə məktub göndərərək onları bu siyasi qüvvənin gələcəyi, xüsusən də adı ilə bağlı fikirlərini bölüşməyə dəvət edib.

Qeyd olunur ki, keçmiş baş nazir mandatı 2027-ci ildə başa çatacaq hazırki prezident Emmanuel Makrondan uzaqlaşmaq fikrindədir.

Seçilən
5
report.az

1Mənbələr