AZ

Konqresdə demokratlar Tramp administrasiyasını Fələstin dövlətini tanımağa çağırıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının 10-dan çox demokrat üzvü Donald Tramp administrasiyasını Fələstin dövlətini tanımağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Portalın məlumatına görə, bu təşəbbüs Qəzza zolağında kəskinləşən humanitar böhrana cavab olaraq irəli sürülüb.

Məktubu imzalayanlardan biri, Texasdan olan konqresmen Al Qrin isə konqresə Fələstinin dövlətçilik hüququnu dəstəkləyən qətnamə təqdim etməyi planlaşdırır.

Konqresmenlər Tramp və dövlət katibi Marko Rubioya ünvanlanan məktubda Fransa Prezidenti Emmanuel Makronun Fələstini tanımaq vədini xüsusilə xatırladıblar.

Seçilən
7
report.az

1Mənbələr