Amerikanın “Boeing” təyyarə istehsalı korporasiyasının işçiləri əmək haqqının artırılması ilə bağlı işəgötürənlə müqavilə imzalamamaq və tətili davam etdirmək qərarına gəliblər.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə Maşinistlər və Aerokosmik İşçilərin Beynəlxalq Assosiasiyası (IAM) məlumat yayıb.
Assosiasiyanın prezidenti Brayan Brayant deyib: "Bizim birliyimiz demokratik prinsiplərə əsaslanır və üzvlərimiz öz töhfələrinə layiqli müqavilə tələb etmək hüququna malikdirlər".
Həmkarlar İttifaqı qeyd edib ki, tətildə iştirak edən əməkdaşlar yüksək texnoloji hərbi sistemlərin, o cümlədən F-15 və F/A-18 qırıcılarının, eləcə də müasir raket və müdafiə texnologiyalarının yığılması və texniki xidməti ilə məşğul olurlar.