AZ

Şahin Şıxlinski barəsində QİYABİ HƏBS qərarı verildi

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib.

Bu haqda E1.RU portalı məlumat yayıb.

Bildirilir ki, bu barədə Moskvanın Basmannı məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Şahin Şıxlinski avqustun 2-də saxlanılaraq Moskvadan Yekaterinburqa aparılıb.

Xatırladaq ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.

"Cebheinfo.az" 

Seçilən
41
5
cebheinfo.az

10Mənbələr