İngiltərənin "Şeffild Uensdey" klubunun futbolçuları 3 aylıq maaşlarını ala bilmirlər.
"Report" "BBC Radio"ya istinadən xəbər verir ki, bu səbəbdən Çempionşip təmsilçisinin oyunçuları "Bernli" ilə yoldaşlıq oyununa çıxmaqdan imtina ediblər.
Klubun sahibi Deyfon Çansiri isə maddi problemlərə görə komandanı satışa çıxarmağı düşünür.
Qeyd edək ki, "Şeffild Uensdey" Çempionşipdə ilk oyununu avqustun 10-da "Lester"ə qarşı keçirəcək.