AZ

Kobaxidze BMT-nin Türkmənistandakı konfransında iştirak edəcək

TBİLİSİ, 4 avqust. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistanın Avaza şəhərində keçiriləcək BTM-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransında iştirak edəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.

Hökumət başçısının sabah tədbirdə çıxışı planlaşdırılıb.

İ.Kobaxidze Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov və BMT-nin Baş katibi Antonio Quterreşlə təkbətək görüşlər keçirəcək.

Baş naziri səfərdə xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr