Farslar növbəti dəfə Ermənistanda birgə festival keçirir.
Adalet.az xəbər verir ki, avqustun 10-da Zəngəzur (Sünik) vilayətinin Sisian şəhərində Ermənistan İqtisadiyyat Nazirliyinin Turizm Komitəsinin, Ermənistan Turizm Federasiyasının və “Erməni Kulinarının İnkişafı və Qorunması” məqsədilə ilə keçirilən 4-cü “Navasard” erməni-iran mədəniyyət və kulinariya festivalı keçiriləcək. 2 gün davam edən festivalın təşkilatçıları mediaya bildiriblər ki, bu, Ermənistan və İran arasında təkcə kulinariya deyil, həm də mədəni əlaqələrin möhkəmlənməsinə və inkişafına, eləcə də İrəvandan gələn turistlərin regionlara cəmləşməsinə töhfə verən mühüm festivaldır.
Erməni medisı onu da qeyd edib ki, festivalda müxtəlif pavilyonlar, sənət əsərləri, əl işləri, erməni və İran yeməkləri, erməni xalq rəqsləri, mahnı və musiqilər Sisak Nəhapet meydanını bəzəyəcək.
Maraqlısı odur ki, bundan əvvəl 3 dəfə baş tutan bu festivalda Azərbaycan və Türkiyə mətbəxinə məxsus şirniyyatlar, yeməklər, desertlər, içkilər erməni kulinariyası adı altında təqdim olub: "Dolma”, "Kabab”, "Yuxa”, Şəki paxlavası, Bakı paxlavası, Gəncə paxlavası, Quba paxlavası kimi şirniyyat növləri və sair...
Əntiqə Rəşid