Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi haqqında qərar qəbul edib.BUTA.TV xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov təsdiqləyib. Qərara əsasən, kollegiya üzvlərinin sayı 14 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədriAgentliyin sədri Kollegiyanın üzvləri Agentlik sədrinin I müavini Agentlik sədrinin müavinləri Agentliyin aparat rəhbəri Agentliyin Maliyyə və təminat şöbəsinin müdiri Agentliyin Hüquq və insan resursları şöbəsinin müdiri Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin İdarə Heyətinin sədri Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun İdarə Heyətinin sədri.