“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub.
Moderator.az xəbər verir ki, bu posta 2025-ci ilin aprel ayından İdarənin aparat rəhbəri vəzifəsində çalışan Fuad Xəlilov gətirilib.
Qeyd edək ki, F.Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlayıb, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə işləyib.