Bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutulub.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak etmək üçün ümumilikdə 37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib.
İmtahanlar iyunun 20-də başlanıb və avqustun 11-də yekunlaşacaq.Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumat Mərkəzin saytında yerləşdirilib.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Bizim.Media