AZ

Elçin Əfəndiyev mənim üçün həm dost, həm səfər yoldaşı idi”

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Elçin Əfəndiyevlə bağlı əməkdar jurnalist,pedaqoq Etibar Babayev SİA-ya özəl müsahibəsində dəyərli xatirələrini bölüşüb.Mərhum yazıçını şəxsiyyət və sənətkar kimi böyük ehtiramla anıb:

"Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatına 1960-cı ildən gənc yazıçı kimi daxil olub. Amma o illərdə ədəbiyyata gəlib, 60 il və daha çox bir dövr ərzində iz qoymaq, ad qoymaq və bu gün belə təntənə ilə yola salınmaq hər yazıçıya nəsib olmur. Elçini elə o illərdən tanıyırdım. Çox yaxın müsaibətlərimiz olub. Mərhum İlyas Əfəndiyev və mənim atam Adil Babayev dost idilər, ailəvi münasibətlərimiz vardı. Bu illər ərzində Elçin müəllim harada işləməsindən asılı olmayaraq tez-tez görüşərdik, bir neçə dəfə səfər yoldaşı da olmuşuq. Qardaş Türkiyədə – hələ 1986-cı ildə Bakı ilə İzmir şəhərinin qardaşlaşması ilə bağlı çox gözəl bir missiyada birlikdə iştirak etmişik.

Xatirələrim çoxdur... Amma bu gün Elçin müəllimin vəfatına ən çox kədərlənənlərdən biriyəm. İnsanı bir az da təsəlli edən odur ki, Elçin bu dünyadan böyük ehtiramla, hörmətlə köçdü. Harada işləməsindən asılı olmayaraq, o, hər zaman səmimiliyi, sadəliyi, peşəkarlığı ilə fərqlənirdi. Elçin həm gözəl ailə başçısı idi, həm də gözəl övlad. O, İlyas Əfəndiyevin xatirəsini hər zaman uca tutan, atasının kölgəsində yox, işığında böyüyən bir oğul idi. Allah ona rəhmət eləsin, ruhu şad olsun"!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
sia.az

2Mənbələr