AZ

“Qarabağ”ın rəqibləri tanışdır, daha əvvəl qalib gəlib - ARAŞDIRMA

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə pley-offda üz-üzə gələcək.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam klubu “Şkendiya”ya uduzacağı halda yenə sözügedən cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaq.

 

Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın daha əvvəl də adıçəkilən rəqiblərlə yolu kəsişib və yalnız Bolqarıstan təmsilçisinə məğlub olub.

 

"Qarabağ" 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə (1:2, 7:2) əsasən Bolqarıstan komandasını mübarizədən kənarlaşdırıb.

 

Komandalar arasında daha əvvəl iki yoxlama matçı da baş tutub. 2018-ci ildə keçirilən görüşdə heç-heçə qeydə alınıb - 1:1. Bundan bir il sonra baş tutan qarşılaşmada isə Bolqarıstan təmsilçisi 2:0 üstün olub.

 

Son Azərbaycan çempionu Macarıstan klubu ilə 3 dəfə görüşüb.

 

Komandalar arasındakı ilk iki matç 2022-ci ildə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edib. Həmin vaxt Bakıda baş tutan görüşdə heç-heçə qeydə alınıb - 1:1. Lakin “Qarabağ” səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə əsasən pley-offa adlayıb.

 

Komandalar arasında 2023-cü ildə baş tutan yoxlama matçında isə 3:3 hesabı qeydə alınıb.

 

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off matçları 19-20 və 26-27 avqustda baş tutacaq. "Qarabağ" ilk oyunu səfərdə keçirəcək.

 

Avropa Liqasında isə bu raundun matçları avqustun 21-i və 28-də baş tutacaq.

Seçilən
2
2
sfera.az

3Mənbələr