ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli “Dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq hüquqi və fiziki şəxslərə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edib.Demokrat.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, 10 il əvvəl imzalanmış fərman artıq "Dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi" haqqındadır. Bu dəyişiklik "Qrant haqqında" qanunun dəyişməsi ilə bağlıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.