AZ

Büdcə ssudalarının vaxtında dövlət büdcəsinə qaytarılması mexanizmi formalaşdırılıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizmi formalaşdırılıb.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət borcu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanunda dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulub.

Qeyd olunan dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.

Eyni zamanda "Büdcə sistemi haqqında" qanuna da uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
12
apa.az

10Mənbələr