Bakı. Trend:
“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasınınsədri vəzifəsinə Mir Camal Paşayevin təyin edilməsi barədə qərarqəbul olunub. Eyni zamanda şirkətin Baş İcraçı Direktoru vəzifəsinəƏləkbər Abbaslının, Müşahidə Şurasına üzv vəzifəsinə isə KamranNəbizadənin təyin olunmasına dair qərar qəbul olunmuşdur.
STP-nin Müşahidə Şurasının yeni sədri Mir Camal Paşayev uzunillər ərzində PAŞA Qrupa daxil olan strukturlarda rəhbərvəzifələrdə fəaliyyət göstərib, korporativ idarəetmə və stratejiplanlaşdırma sahəsində zəngin təcrübə qazanıb. Bu baxımdan, yenisədrin rəhbərliyi STP-nin institusional gücünü daha da artıracaq vədayanıqlı inkişafına töhfə verəcək.
Ələkbər Abbaslı 2023-2024-cü illərdə STP-nin Müşahidə Şurasınınüzvü olub. Yeni Baş İcraçı Direktor daha əvvəl SOCAR, Equinor,Ernst & Young, PwC, PAŞA İnşaat və bir sıra digər iri şirkətlərdərəhbər vəzifələrdə çalışıb. Onun fəaliyyəti energetika və tikintisahələrini əhatə edir və bu da öz növbəsində STP-nin növbətiinkişaf mərhələsinin həyata keçirilməsi üçün möhkəm zəminyaradır.
Kamran Nəbizadə, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Karyerasıərzində SOCAR, LUKOIL və Azərbaycan Sənaye Korporasiyası kimiqurumlarda rəhbər vəzifələrdə çalışmış, 2015-2020-ci illərdə MilliMəclisin deputatı olaraq beynəlxalq parlament əməkdaşlığı və sənayesiyasətləri sahəsində fəal iştirak edib.
Yeni rəhbər heyətin iştirakı ilə STP əməliyyat səmərəliliyininartırılması, texnoloji yenilənmə və davamlı inkişafı hədəfləyəntransformasiya mərhələsinə start verib.
Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsiniNəriman Sərdarlı, Baş İcraçı Direktor vəzifəsini isə Hicran Valehovicra edirdi.
Hazırda STP Şirkətlər Qrupu 250 hektarlıq ərazidə, 30-dan çoxistehsalat sahəsi ilə fəaliyyət göstərir və 2000-dən artıq əməkdaşçalışır. Şirkət “Made in Azerbaijan” brendi altında Avropa, Rusiya,Türkiyə və Orta Asiya bazarlarına yüksək keyfiyyətli məhsullarixrac edir. STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərənşirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı*0990 nömrəsi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və yasosialşəbəkələrdəki səhifələrimizi izləyərək əldə edə bilərsiniz.