AZ

Orqanlarını bağışlayanların sayı xeyli artıb - RƏSMİ

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi bu ilin ilk 6 ayı ərzində ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayan şəxslərin sayını açıqlayıb.

 

Sfera.az Modern.az-a istinadən xəbər verir ki, mərkəzin verdiyi məlumata görə, son 6 ayda intensiv maarifləndirmə tədbirləri nəticəsində orqanlarını bağışlayanların sayı əhəmiyyətli dərəcədə artıb:

 

"Orqan transplantasiyası üçün 300 nəfər razılıq verib. Bununla da ölümündən sonra orqanlarını bağışlayanların sayı 400 nəfərə çatıb".

 

Xatırladaq ki, hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir. Onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişasının transplantasiyası üçün növbə gözləyir.

Seçilən
17
6
sfera.az

8Mənbələr