AZ

“Uzak Şehir”də sürpriz ayrılıq - FOTO

Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Uzak Şehir”lə bağlı sürpriz iddia yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, ölkəmizdə də maraqla izlənilən ekran işində yeni mövsümün ilk aylarında ayrılıq yaşanacağı deyilir.

Layihədə “Mine” obrazına həyat verən Mine Kılıçın hazırda başqa seriallarla danışıqlar apardığı ortaya çıxıb. Onun bu təkliflərdən birini qəbul edəcəyi təqdirdə, “Uzak Şehir”ə vida edəcəyi gözlənilir. Belə olacağı halda isə aktrisa yeni mövsümün bir neçə bölümündə çəkildikdən sonra serialdan ayrılacaq. 

Qeyd edək ki, “Mine” “Uzak Şehir” izləyicilərinin sevmədiyi bir obrazdır. Keçən mövsüm dəfələrlə obrazı canlandıran aktrisaya təhdid və təhqir mesajları yazılaraq, onun layihədən çıxması istənilirdi. Hətta serialın ssenaristinə də bununla bağlı çox sayda mesaj yazılmışdı. 

Mine Kılıç isə bütün bu baş verənlərdən sonra bir açıqlama yayımlayaraq təhqir mesajı yazanları polisə verəcəyini elan etmişdi. İndi isə onun ayrılıcağı iddiaları sözügedən serialın fan səhifələrində böyük sevinclə qarşılandığı müşahidə olunur.

Seçilən
10
22
cebheinfo.az

10Mənbələr