AZ

Məşhur rəssamın nadir eskizi Puşkin İncəsənət Muzeyində sərgilənəcək

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskvadakı Dövlət Puskin İncəsənət Muzeyi yaponəsilli Fransa rəssamı Leonard Tshuquharu Fujitanın "İki meksikalı" adlı nadir eskizini 5-17 avqust tarixlərində "Puşkin muzeyinin yeni şedevrləri" layihəsi çərçivəsində təqdim edəcək.

Kulis.az xəbər verir ki, rəsm 1932-ci ildə çəkilib. O, Fujitаnın modelı Madlen Leke (Madi Dorman) ilə 1931-1933-cü illərdə Latın Amerikasına səyahəti zamanı çəkilib.

Onlar Braziliya, Argentina, Boliviya, Peru, Kuba və Meksikanı ziyarət ediblər, rəsm isə məhz Meksikada yaradılıb. Bu barədə müəllifin öz imzası məlumat verir.

"İki meksikalı" rəsm ilk dəfə 2011-ci ildə sənətkarın arvadı Kimio Fujitаnın kolleksiyasının satışında Parisdə rusiyalı kolleksioner Yuri Petuxov tərəfindən alınıb.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində nadir sənət nümunələri ilə yanaşı, tədris və ekskursiya proqramları da ziyarətçilərə təqdim olunacaq.

Mənsum İbrahimov: Nə qədər Azərbaycan xalqı var, Arif Babayev unudulmayacaq

Rus dilində tədris ləğv olunmalıdırmı? - Təhlükə və çıxış yolları

Məşhur musiqiçi vəfat etdi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
kulis.az

2Mənbələr