AZ

Ətraf mühitin qorunması qaydalarını pozan 29 nəfər barəsində inzibati tədbir görülüb  

Polis əməkdaşları tərəfindən müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı, Sumqayıt, Xaçmaz, Şabran, Siyəzən, Neftçala şəhər və rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, tullantı sularının kənara axıdılması, özbaşına tikinti işlərinin aparılması və qadağan olunmuş yerlərdə tütün çəkilməsi halları aşkarlanıb.

Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 24, başqa digər qadağan edilmiş əməllərə yol verən 5 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb.

Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Seçilən
17
21
azerbaijan-news.az

10Mənbələr