UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Futbolpress.az xəbər verir ki, III təsnifat mərhələsində mübarizə aparan “Sabah” və “Araz-Naxçıvan”ın potensial rəqibləri məlum olub.
“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandasını keçəcəyi halda, pley-offda “Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
“Araz-Naxçıvan” Kiprin “Omoniya” komandasını məğlub edəcəyi halda, PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.