AZ

Trampın bir təmsilçisi Moskvaya, digəri Kiyevə gedəcək

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq yaxın günlərdə Ukraynaya səfər edəcək. "Kiyev Post" nəşri mənbələrə istinadla belə bir məlumat verib.

Qəzet yazır: "Səfər ABŞ Prezidentinin sülh razılaşması üçün Rusiyaya verdiyi son möhlətin tez bir zamanda yaxınlaşması fonunda baş tutur. Kelloqun səfərinin gözlənilməsi xəbəri Trampın digər təmsilçisi Stiven Vitkoffun Rusiyaya səfərinin planlaşdırılması xəbəri ilə eyni vaxtda yayılıb".

Hürr Tərcüman 

Seçilən
2
1
hurriyyet.az

2Mənbələr