AZ

XƏBƏRDARLIQ edildi 24 saat ərzində...

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Günəşdə son günlər müşahidə edilən fəallıq artmaqda davam edir.

Musavat.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsi nəzdindəki Günəş Astronomiyası Laboratoriyasının verdiyi məlumata görə, son 24 saat ərzində ulduz səthində ikinci M sinifli alışma baş verib.

Qeyd edək ki, bundan əvvəl – avqustun 3-də Tətbiqi Geofizika İnstitutu həmin günəş ləkələri qrupunda M2.9 səviyyəsində alışma müşahidə olunduğunu açıqlamışdı. Bu kimi M sinifli alışmalar orta güclü sayılır və bəzən Yerdə radio siqnallarında pozuntulara, həmçinin maqnit qasırğalarına səbəb ola bilər. pizza sifarişi

Mütəxəssislər yaxın günlərdə Günəş aktivliyinin davam edə biləcəyini, bunun da texnoloji sistemlər və hava şəraiti üzərində təsir göstərə biləcəyini istisna etmirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
4
yenisabah.az

5Mənbələr