AZ

Sosial sığorta daxilolmaları 7 ayda 3,7 milyard manatı ötüb

Azərbaycanda bu ilin yanvar–iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 699,7 milyon manatdan çox olub. Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% və ya 409,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,6% artaraq 2 milyard 446,3 milyon manata çatıb.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,7% artaraq 130,8 milyon manat təşkil edib. Bu məbləğin 98,9 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% artaraq 641,1 milyon manat olub. Qeyri-büdcə sektoru üzrə bu göstərici 10,5% artımla 449,3 milyon manat təşkil edib.

Aytac 

Seçilən
12
8
anews.az

5Mənbələr