AZ

“ “Təhminə” filminin ikinci dəfə çəkilməsini istəmirəm, çünki Fəxrəddinlə...”-ÖZƏL+FOTO

“Doğum günündə Fəxrəddinə zəng etdim. Həm də o günü “Şöhrət” ordeninə layiq görülmüşdü. Zəng edib onu ürəkdən təbrik etdim. Çox-çox sevindim. Elə hiss etdim ki, “Şöhrət” ordeninə mən layiq görülmüşəm. Sizin vasitənizlə Fəxrəddini bir daha ürəkdən təbrik edirəm”
 
Bunu Moderator.az-a açıqlamasında məşhur türkiyəli aktrisa Meral Konrat deyib. O daha sonra aktyorla başqa bir layihədə rol almaq arzusundan da danışıb:
 
“Biz “Təhminə” filmini yüksək səviyyədə çəkib tamaşaçılara təqdim etdik. Bundan sonra başqa layihələrdə təbii ki, Fəxrəddinlə birlikdə rol almaq istərdim. Bu “Təhminə” yox, başqa layihələr olsun. İkinci dəfə bu filmin çəkilməsini yaxud da əsərin tamaşaya qoyulmasını, orada bizlərin olmasını istəmərəm. Rasim Ocaqovun sayəsində bu film tanındı. Ondan sonra “Təhminə”-ni kim çəkə bilər ki? Əlbəttə ki, heç kim” deyə aktrisa bildirib.
 
Seçilən
7
moderator.az

1Mənbələr