AZ

Çempionlar Liqasında pley-off cütləri müəyyənləşdi

Bu gün, avqustun 4-də UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. 

Fanat.Az xəbər verir ki, pley-off cütləri aşağıdakı kimidir:

Çempionlar yolu:

"Ludogorets" (Bolqarıstan)/Ferentsvaroş (Macarıstan) cütünün qalibi - "Şkendiya" (Makedoniya)/"Qarabağ" (Azərbaycan) cütünün qalibi
"Lex" (Polşa)/"Srvena Zvezda" (Serbiya) cütünün qalibi - "Dinamo Kiyev" (Ukrayna)/"Pafos" (Kipr) cütünün qalibi
"Budyo-Qlimt" (Norveç) - "Şturm" (Avstriya)
"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)/"Slovan" (Slovakiya) cütünün qalibi
"Bazel" (İsveçrə) - "Malmö" (İsveç)/"Kopenhagen" (Danimarka) cütünün qalibi

Liqa yolu:

"Feyenoord" (Niderland)/"Fənərbağça" (Türkiyə) cütünün qalibi - "Nitsa" (Fransa)/"Benfika" (Portuqaliya) cütünün qalibi
"Reyncers" (Şotlandiya)/"Viktoriya" (Çexiya) - "Zalsburq" (Avstriya)/"Brügge" (Belçika)

Pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab görüşləri isə 26-27 avqustda keçiriləcək. Bu mərhələnin nəticələrinə əsasən Çempionlar Liqasının Liqa mərhələsinin iştirakçılarının yekun tərkibi formalaşdırılacaq.
 

Seçilən
26
1
fanat.az

3Mənbələr